330x110
 

“MİDA” vətəndaş qəbulunu təxirə salır

19.03.2020,12:32


19 mart, Fineko/abc.az. Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığı əsasında Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) və onun tabeliyində olan “MİDA” MMC-də vətəndaşların qrup və fərdi formada qəbulu təxirə salınır.

Bu barədə ABC.AZ-a MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Qeyd olunub ki, bununla yanaşı, vətəndaş müraciətlərinin qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Vətəndaşlar agentliyin rəsmi “[email protected]” elektron poçt ünvanına müraciət edə, həmçinin (012) 505 65 37/38 nömrələrinə zəng edə bilərlər.