Qusarda tibbi spirt istehsalına başlandı - Gündə 25 min litr istehsal olunacaq

15:12 - 19.03.2020


19 mart, Fineko/abc.az. Qusarda yerləşən "RUS AZERİ SPİRİTS” zavodunda tibbi spirt istehsalına başlanıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi sprit istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər