Biznes sahələri zəifləyib - Rəsmən təsdiqləndi

16:46 - 19.03.2020


19 mart, Fineko/abc.az. Azərbaycanda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər bəzi biznes sahələrinin zəifləməsinə səbəb olub.

ABC.AZ Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, belə bir açıqlama qurumun sahibkarlara müraciətində qeyd olunub. 

ASK bildirir ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olub. Açıqlaçada qeyd olunub ki, xüsusilə məhdudiyyətlərin  mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir.  Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı var.

 

Bütün xəbərlər