Sabahdan bütün kafe və restoranların iş saatı 15:00-dək olacaq

20:10 - 21.03.2020


21 mart, Fineko/abc.az. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  ABC.AZ-a verilən məlumata görə,, Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

Həmçinin ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Qeyd olunur ki, qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

Bütün xəbərlər