330x110
 

"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcək - 200 000 manat

22.03.2020,14:29


22 mart, Fineko/abc.az. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürüləcək.

Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, müvafiq vəsait Dövlət Agentliyi əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən həyata keçiriləcək.

Bu addımı ilə Dövlət Agentliyinin kollektivi bir daha göstərmək istəyir ki, qurum koronavirusla mübarizədə də Azərbaycan xalqının yanındadır.