Azərbaycan neftinin bir barelinin qiyməti 70 dolları üstələdi

11:01 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. “Azəri LT CIF” markalı Azərbaycan neftinin bir barelinin  qiyməti dünya bazarında  0,65 dollar (0,93%) yüksəlib.

Hazırda “Azəri LT CIF” markalı xam neftin qiyməti 70,54 dollar / barelə təşkil edir.

“Azəri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında  (149,66 dollar) qeyd edilmişdir.

 

 

Bütün xəbərlər