Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

12:22 - 23.03.2020


 

23 mart, Fineko/abc.az. ABC.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin rəhbərliyi bir aylıq pul təminatının 50 faizi həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bütün xəbərlər