Bakı yollarının birində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

11:14 - 5.01.2018


5 yanvar, Fineko/abc.az.  “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi paytaxt  yollarının keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür.

Agentliyin məlumatında deyildiyi kimi, təmir işləri ilə bağlı, Binəqədi rayonu ərazisindəki Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

“İşlərin tamamlanması yanvarın 5-nə planlaşdırıldığı üçün, hərəkətin məhdudlaşdırılması da həmin müddətə qədər qüvvədə olacaq”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər