MDB ölkələri vətəndaşlarının Rusiyaya gəlməsinə icazə verilib

15:26 - 23.03.2020


23 mart, Fineko/abc.az. Rusiya MDB dövlətlərinin vətəndaşlarının ölkəyə gəlməsinə icazə verib.

Xəbər verilir ki, bu barədə jurnalistlərə Rusiya Nazirlər Kabinetindən məlumat verilib.

Xatırladaq ki, Rusiyada martın 18-dən mayın 1-dək əcnəbilərin ölkəyə girişi qadağan edilib. Lakin Nazirlər Kabinetindən bildiriblər ki, qadağa MDB ölkələrinin vətəndaşlarına aid deyil. Nazirlər Kabineti bu barədə müvafiq sərəncam imzalayıb.

 

© Azertag.az

Bütün xəbərlər