330x110
 

DOST Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb

23.03.2020,15:29


 23 mart, Fineko/abc.az. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi də öz dəstəyini göstərib.

ABC.AZ xəbər verir ki, DOST Agentliyi dövlət başçısının Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb.