Xəzər Dəniz Gəmiçiliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürüb

19:44 - 23.03.2020


23 mart, Fineko/abc.az.   “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

ASCO-dan ABC.AZ-a bildirilib ki, Xəzər Dəniz Gəmiçiliyi Fonda 500 min manat məbləğində vəsait köçürüb.

Bütün xəbərlər