Martın 28-dək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldılıb

19:00 - 23.03.2020


23 mart, Fineko/abc.az.   Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

Bunu ABC.AZ “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinə istinadən bildirir.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30- da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

Bütün xəbərlər