330x110
 

Heydər Əliyev Beynəlxalq Aeroportundan bütün reyslər ikinci terminaldan həyata keçiriləcək

23.03.2020,18:45


23 mart, Fineko/abc.az.   Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə ABC.AZ-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.