İpoteka və Kredit Zəmanət Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat ayırdı

13:58 - 24.03.2020


24 mart, Fineko/abc.az.   Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu dövlətimizin başçısının Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılmasına dair qərar qəbul edib.

Bu barədə ABC.AZ-a İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Bildirilib ki, Fond koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəylik nümayiş etdirərək əmək haqqı fondundan 300 min manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

Bütün xəbərlər