Apteklər bəzi dərmanları limitlə satır - Araşdırma

13:52 - 25.03.2020


 25 mart, Fineko/abc.az.   Apteklərdə bir sıra dərmanların satışına limit tətbiq olunub. Bunu apteklərdən dərman alarkən apardığımız müşahidələr göstərib. Belə ki, aptekdən c vitamini alarkən məlum oldu ki, adıçəkilən dərman hər müştəriyə yalnız iki karobka verilir.

Bunun səbəbini soruşduqda isə əczaçılar ABC.AZ-a bildirdi ki, bu onların yox, depoların qərarıdır. Əczaçılar bildirdi ki, artıq bir neçə gündür "Zeytun" və digər depolardan dərmanlar onlara sayla verilir: "Depolara sifariş verəndə onlar bizə dərmanı sayla verirlər. Ona görə də biz də məcburən hər müştəriyə 2 dənədən artıq C vitamini verə bilmirik. Bu tək C vitamini dərmanına aid deyil, onunla yanaşı bir sıra dərmanlar da bizə limitlə gəlir. Biz də bu səbəbdən onları məhdud sayda satmalı oluruq. Yəni, bir sözlə bu problem bizdən qaynaqlanmır. Görünür depolarda dərman azdı deyə sayla gəlir". Qeyd edək ki, sözügedən problemlə Masazır və onun ətrafında, Binəqədi şossesi istiqamətindəki apteklərdə apardığımız müşahidələr zamanı ortaya çıxıb.

 

 Müəllif: Elmir Murad
 

Bütün xəbərlər