Azərbaycan sığortaçıları icbari tibbi sığorta prosesində iştirak etmək iddiasındadırlar

12:05 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. Azərbaycan sığortaçıları sığorta şirkətlərinin icbari tibbi sığorta prosesində iştirak etməsini məqsədəuyğun hesab edirlər.

Yeganə dövlət kommersiya şirkəti olan “Azərsığorta”nın İdarə Heyətinin sədr müavini Aftandil Hacıyev  Fineko/abc.az İnformasiya Agentliyinə bildirdi ki,  şirkətlərin prosesə cəlb edilməsi bazar üçün məqsədəuyğun ola bilər.

“Azərbaycanın sığorta bazarı inkişaf mərhələsindədir. Bəzi sığorta növlərinin inkişafını gözləyirik, ən böyük gözləntilərimiz isə kənd təsərrüfatı sığortası sahəsindədir.  Yaxşı olardı ki, icbari tibbi sığorta ölkə üzrə genişlənsin və sığorta şirkətləri də bu sistemdə iştirakçı olsun.  Hesab edirəm ki, yenidən hər hansı bir sığortaçı tapmaq əvəzinə, icbari tibbi sığortanın da bu sığorta bazarında tanınmış, bazarda özünə yer tutan şirkətlərə həvalə edilməsi məqsədəuyğun olar”, - deyə sığortaçı bildirib.

 

 

 

Bütün xəbərlər