Fatih Birol: Cari ildə gündəlik neft tələbatının 20 milyon barrel azalacağını gözləyirik

22:00 - 27.03.2020


27 mart, Fineko/abc.az. 2020-ci ildə sutkalıq neft tələbatının 20 milyon barrel azalacağı gözlənilir.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

O bildirib ki, hazırda neft tələbatı sərbəst formada azalır. Neft bazarında tələbatın azalmasına baxmayaraq, tədarükdə ciddi artım müşahidə olunur. Qlobal neft tələbatı sutkada 100 milyon barreldir və bunun 80 faizi nəqliyyatda istifadə edilir. Yeni növ koronavirusla əlaqədar bu gün dünyada 3 milyard insan sosial təcrid vəziyyətindədir və hərəkət edə bilmir. Neft tələbatı bu il gündəlik 20 milyon barrel azalacaq.

F.Birol qeyd edib ki, neft bazarında həddən artıq tədarük səbəbindən “qara qızıl”ın qiyməti 20 dollar səviyyəsinə enib, bütün bu inkişaflar qarşıdakı illərdə əhəmiyyətli nəticələrə səbəb olacaq: “Neftə olan tələbatın azalmasına baxmayaraq, Səudiyyə Ərəbistanı, Rusiya və bəzi digər istehsalçı ölkələr bazara əlavə neft çıxarmağı planlaşdırır. İraq, Əlcəzair, Nigeriya, Qabon, Oman və Ekvador kimi neft gəlirlərindən asılı olan ölkələr bu prosesdən ciddi şəkildə təsirlənəcək”.

O, qiymətin yaxşılaşacağı təqdirdə şist nefti hasilatının yenidən artacağını bildirib: “Həddən artıq neft tədarükü və tələbatın az olması fonunda qlobal neft ehtiyatları çox qısa müddətdə tamamilə dolacaq. Neft bazarındakı inkişaflar təbii qaz və mayeləşdirilmiş təbii qaz bazarlarına da ciddi təsir göstərir.

 

© Azertag.az

Bütün xəbərlər