Azərbaycan Mərkəzi Bankı depozit hərracında 57,5 milyon manat cəlb etdi

12:52 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-də növbəti depozit hərracı keçirdi.

AMB-dan verilən məlumata görə, hərracda 200 milyon manat təklif edilmişdir.

“Bu zaman  hərraca 57,5 milyon manat cəlb edilmiş, əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 14,69% təşkil etmişdir”, - məlumatda belə deyilir.

Beləliklə, depozit hərracında təklif tələbi 3 dəfədən çox üstələmişdir.

 

Bütün xəbərlər