"ASAN xidmət" səyyar işləyəcək - Xüsusi rejimə keçid

12:29 - 28.03.2020


 28 mart, Fineko/abc.az. “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti martın 29-dan xüsusi iş rejimində davam edəcək.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, müvafiq rejimin tətbiqi koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər çərçivəsində həyata keçirilir.

Belə ki, dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək.

 Qeyd edək ki, vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

Bütün xəbərlər