KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb - Çatdırılma pulsuz olacaq

12:37 - 28.03.2020


28 mart, Fineko/abc.az. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid edilməsi, eləcə də infeksiya səbəbindən ev şəraitində qalmağa üstünlük verən vətəndaşlar qida və ərzaq məhsullarına tələbatlarını evdən çıxmadan onlayn sifariş verə bilərlər. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə onlayn supermarket (“BakuMart Supply” tətbiqi) yaradılıb.

Agentlikdən ABC.AZ-a bildirilib ki, ərzaq məhsullarının çatdırılması xidmətlərinin təşkilinə dair KOBİA-nın təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə keçirdiyi görüşlərin və Agentliyə daxil olan müraciətlərin nəticəsində “BakuMart Supply” tətbiqi təkmilləşdirilib və mövcud vəziyyətlə bağlı karantin tələblərinə uyğunlaşdırılıb.

Karantin dövründə “BakuMart Supply” vasitəsilə edilmiş sifarişlərin çatdırılması pulsuzdur.

Onlayn supermarketə sifarişlər yalnız veb sayt (https://bakumart.az/#/landing) və mobil tətbiq vasitəsilə verilə bilər.

iOS istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartiosA

Android istifadəçiləri üçün yükləmə linki - bit.ly/bakumartandroid

Bütün xəbərlər