Hərraclar da təxirə salındı - Keçiriləcəyi vaxt bilinmir

15:57 - 29.03.2020


29 mart, Fineko/abc.az. Torpaq müsabiqələri və hərracların keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

ABC.AZ Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərin icrasının təmin olunması məqsədilə martın 29-u və aprelin 2-nə təyin olunmuş torpaq müsabiqələri və hərracların keçirilməsi barədə elan qeyri-müəyyən vaxtadək təxirə salınıır.

Torpaq müsabiqələri və hərracların keçirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.

Bütün xəbərlər