Adımızdan pul yığılır - İcra Hakimiyyəti xəbərdarlıq etdi

16:04 - 29.03.2020


29 mart, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti    koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın onların adından pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumat yayıb.

İcra Hakimiyyətindən ABC.AZ-a verilən məlumata görə, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə  və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə,  hüquq-mühafizə  orqanlarına müraciət edilməsini xahiş edir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər