Bu sahələrə böyük zərər dəyib -Nazirlik açıqladı

16:33 - 29.03.2020


29 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi ilə iş adamlarının video format şəkilində görüş keçirilib.

 ABC.AZ xəbər verir ki, onlayn görüşdə  virusun özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına, idman-sağlamlıq sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb və məlum olub ki, koronovirus adıçəkilən sahələrə böyük zərər vurub.

İqtisadiyyat, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə xüsusi karantin rejiminin tətbiqi, bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tistiqamətləri barədə sahibkarlara məlumat verilib, bildirilib ki, təkliflər hazırlanır və bu təkliflər İşçi Qrupda müzakirə ediləcək.

 

Müzakirələrdə işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.

Müəllif:Elmir Murad

Bütün xəbərlər