Məcburi köçkünlər üçün hərəkətə keçildi- Yaşadıqları yerlər dezinfeksiya olunur

16:51 - 29.03.2020


29 mart, Fineko/abc.az. Bakıdakı məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ABC.AZ-a verilən məlumata görə, qurum bunun  üçün  Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib.

Sözügedən işlər çərçivəsində indiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri  ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.

Bütün xəbərlər