330x110
 

Bu sahələrə dəstək üçün tədbirlər hazırlanır - SİYAHI

30.03.2020,10:54


30 mart, Fineko/abc.az. Dövlət qurumları və turizm şirkətləri arasında onlayn tədbir keçirilib. ABC.AZ-ın məlumatına görə, tədbirdə qeyd olunub ki,  koronavirus və onunla bağlı tətbiq edilmiş qadağalar, ölkədə kütləvi tədbirlərin təxirə salınması,  turist axınının dayanması və otel restoranların fəaliyyətinin məhdudlaşdırılması bu sahədə çalışan şirkətləri böyük zərərə salıb.

Qeyd olunub ki, yerli otel, istirahət mərkəzləri, hətta restoranlar işçilərini ixtisar etməyə, maaşları və digər xərclərini azaltmağa məcbur olub.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sektora dəstək üçün müxtəlif tədbirlər planlaşdırılır. Bunlar kreditlərin vaxtının uzadılması, ana borcun saxlanaraq, faizlərin subsidiyalaşması, və sairdir: "Sahibkarların xeyrinə olan ən yaxşı təcrübələr nəzərdən keçirilir. Ən yaxşı təcrübələr tətbiq ediləcək və yaxşı mühit yaradılacaq. Bütün məsələlər araşdırılıb, çoxsaylı görüşlər keçirilib və onların əsasında bu günkü situsiyanı da nəzərə almaqla ən yaxşı yumşaldıcı təkliflər nəzərə alınacaq. Siz də təkliflərinizi verin".

Müəllif: Elmir Murad