Güzəştli kreditlərin əlçatanlığı asanlaşacaq - Millət vəkilindən təklif

11:40 - 30.03.2020


30 mart, Fineko/abc.az. Vergi tətili və güzəştlərinin tətbiq olunmasını təklif edirik.

Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, vergi tətilləri xüsusən postkoronovirus dövründə sahibkarlar üçün vacib əhəmiyyət kəsb edəcək.

Millət vəkili təkliflərin bununla bitmədiyini deyir:" Təkliflərə əlavə dəyər vergisinin tətbiqinin sürətləndirilməsi də daxildir. Bununla yanaşı biz koronovirusun ən çox təsir etdiyi sektorlarda aşağı dəyər vergisinin tətbiq edilməsini daha məqsədəuyğun hesab edirik. Güzəştli kreditlərə çıxış imkanının artırılması, girov sisteminin təkmilləşdirilməsi və xüsusən  regioanlarda fəaliyyət göstərən sahibkarların bu kreditlərdən daha səmərəli istifadə etməsi üçün yeni girov mexanizminin tətbiq edilməsi, daşınar və daşınmaz əmlak üzrə yüklülüyün təkmilləşdirilməsini təklif edirik. Həmçinin vətəndaşlarımızın sosial vəziyyətinə koronovirusun təsirlərini minimumlaşdırmaqla bağlı birbaşa dəstək mexanizmini təklif edirik. Hesab edirəm ki, bu həm koronovirus, həm də postkoronovirus dövründə sahibkarlığın dəstəklənməsi baxımından vacibdir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər