Milli Məclisin gələcək iclasları da onlayn olacaq - Spiker

12:08 - 30.03.2020


30 mart, Fineko/abc.az. Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqları ilə bu infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin martın 30-da keçirilən iclasında Sədr Sahibə Qafarova deyib.

Spiker deyib ki, Milli Məclis də xüsusi iş rejimində fəaliyyət göstərir və gələcək iclasları da onlayn qaydada keçirməyi planlaşdırırıq: "Bildiyiniz kimi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə əksər iş yerlərinin, təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Milli Məclis tərəfindən də bu Fonda 250 min manat vəsait ianə edilib".

 

Bütün xəbərlər