AMB depozit hərracında 200 mln. manat cəlb edə bilməyib

14:56 - 30.03.2020


30 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) depozit hərracında 200 mln. manat cəlb edə bilməyib.

"Martın 30-da AMB banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edə bilməyib, çünki hərracda təklif cəmi 189,0 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili dərəcə 6,96% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb olunurdu.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

 

Bütün xəbərlər