330x110
 

Bu qanuna dəyişiklik edildi - Milli Məclisin onlayn iclasında

30.03.2020,15:22


30 mart, Fineko/abc.az. Bu gün Milli Məclisin onlayn formada keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bundan sonra  tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

Bu dəyişiklik “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun müzakirəsi zamanı qəbul edilib.

Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilib.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.