330x110
 

Hava daşımaları ilə bağlı qərara dəyişiklik - Əli Əsədov qərar verdi

30.03.2020,16:52


30 mart, Fineko/abc.az. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişiklik barədə qərar imzalayıb.

ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin aidiyyəti qurumlarının təyin etdikləri aviaşirkətlər həyata keçirəcək.

Daşıyıcının qaydaları ilə müəyyən edilmiş hallarda ödənilməli olan əlavə məbləğin yükgöndərən, yükalan , habelə sərnişinlər tərəfindən daşıyıcıya ödənildiyini təsdiq etmək üçün daşıyıcı müxtəlif yığımlar qəbzi təqdim edilir.

Daşıma və ödəniş sənədlərinin formaları və onların tətbiqinə dair təlimatlar aviaşirkət (daşıyıcı) tərəfindən müəyyən edilir.

Müəllif: Elmir Murad