Körfəz ölkələrinə etdiyimiz ixrac açıqlanıb - İran birinci yerdədir

17:02 - 30.03.2020


30 mart, Fineko/abc.az. Azərbaycan iki ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib. Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə,

cari ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

Sözügedən dövrdə İrana ixracın dəyəri 8,4 milyon dollar, BƏƏ-yə 2,7 milyon dollar, Qətərə isə 740 min dollar olub. Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

 

Bütün xəbərlər