Azərbaycan İslam ölkələri arasında ən çox bunlarla ticarət aparıb - SİYAHI

17:22 - 30.03.2020


30 mart, Fineko/abc.az. Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin adları məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, Tunis və İran olub.

Sözügedən dövrdə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 547,4 milyon ABŞ dolları, Tunislə 119,7 milyon dollar, İranla isə 60,1 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyə və Tunislə ticarət dövriyyəsi artıb, İranla azalıb. Artım Türkiyə ilə 76 milyon dollar, Tunislə 119,2 milyon dollar olub. İranla ticarət dövriyyəsində 131 milyon dollar azalma müşahidə edilib.

 

Bütün xəbərlər