Bakıda mütəmadi çökən yoldan yeni xəbər - Bərpanın sonuncu mərhələsinə başlanılıb

17:28 - 30.03.2020


30 mart, Fineko/abc.az. Bibiheybət yolunda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a bildirilib ki, sözügedən yolda yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb.

Tikinti-bərpa işlərinin sonuncu mərhələsi üzrə hazırda yolun hərəkət hissəsinin tam bərpası üçün yamacın doldurulması üçün əraziyə qrunt gətirilərək dolğu işləri görülür.

Əraziyə dolğu üçün qruntun gətirilməsi ağır tonnajlı yük maşınları vasitəsilə təmin olunduğundan digər hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti bu həftənin sonunadək qısamüddətlik məhdudlaşdırılıb.

Qeyd edək ki, tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər