Azərbaycana 3 min tona yaxın əczaçılıq məhsulu gətirilib - 2 ayda

17:36 - 30.03.2020


30 mart, Fineko/abc.az. Azərbaycana gətirilən əczaçılıq məhsulları artıb.

ABC.AZ  Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, yanvar-fevral aylarında ölkəyə 2935 ton əczaçılıq məhsulları idxal edilib.

Sözügedən dövrdə idxal edilən əczaçılıq məhsullarının dəyəri isə 56,4 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 36,5 milyon dollarlıq 2293 ton əczaçılıq məhsulları idxal edilib.

 

Bütün xəbərlər