İşçilərin maaşlarına dövlət dəstək verəcək - Mikayıl Cabbarovdan mühüm açıqlama

09:32 - 31.03.2020


31 mart, Fineko/abc.az.  Koronovirusun ən çox zərər vurduğu sahələrdə sahibkarların və şirkətlərin işçilərinin əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödəniləcək.  

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, hökumət bununıa bağlı  9 proqram ortaya qoyub: "Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir. Proqramın çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını və ya ölkə üzrə orta aylıq əmək haqqını götürürük, yanvarın nəticələrinə görə bu məbləğ 712 manat olub. Aylıq maaşın 50%-lik hissəsinin birbaşa olaraq maliyyə formasında sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. İndiyədək aparılan araşdırmalar nəticəsində koronavirus problemindən zərər çəkən əsas sahələr müəyyən edilib. Eləcə də, pandemiyanın mənfi təsiri olan və  minimal və ya təsiri olmayan sahələr də müəyyən olunub. Dövlətin dəstəyinin birinci poqramı 304 min muzdlu işçini və 44 min sahibkarı əhatə edir".  

 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər