Koronovirus sığorta sektoruna 20 trilyon dollar ziyan vurub - Ekspert

10:03 - 31.03.2020


31 mart, Fineko/abc.az. Koronovirus epidemiyası sığorta sektoruna da təsirsiz ötüşməyib.

Bunu ABC.AZ-a koronovirusun sığorta sektoruna təsirini şərh edərkən ekspert İlkin İbrahimov deyib.

Buna baxmayaraq İ.İbrahimov hesab edir ki,  bağlanan sığorta müqavilələri üzrə vətəndaşların evlərində olmaları qeyri-həyat sığortasına müsbət təsir göstərir. Ekspert bunu belə izah edir: "Yəni sığorta hadisələri maksimum dərəcədə azalır. Bu məsələnin müsbət tərəfidir. Mövcud durumun problemli tərəfi isə vətəndaşların yeni sığorta müqavilələri bağlamamaqları ilə bağlıdır.

İlkin olaraq dünyada, xüsusilə Amerika və Avropada virusun sığortaya vurduğu ziyanın 20 trilyon dollarla ölçülməsi ehtimal edilir. İnkişaf etmiş ölkələrin sığorta məhsullarında aparıcı payı müflisləşmə, fors major və fövqəladə hallarda işlərin dayandırılmasından sığortalar durur ki, bu da hal hazırda çox aktualdır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər