ANUGA beynəlxalq sərgisində Azərbaycan məhsulu təqdim olunacaq

10:31 - 9.10.2017


Almaniyanın Köln şəhərində ANUGA beynəlxalq ərzaq sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyinin məlumatında deyildiyi kimi, 11 oktyabra qədər davam edəcək sərgidə, müxtəlif ölkələrdən 7400-dən artıq şirkətin məhsulları təqdim olunacaq.

Məlumatda deyilir: “Hər il 160 mindən çox ziyarətçinin qoşulduğu sərgidə Azərbaycan ilk dəfə təqdim edilir. Azərbaycan şirkətlərinin meyvə şirələri, şərabları və mineral suları, meyvələr, fındıq, qənnadı məmulatları, çay, quru meyvələr “Made in Azerbaijan” markası ilə 20 yerli şirkətlər tərəfindən təqdim edilmişdir”.

 

Bütün xəbərlər