Azərbaycanda daha 71 çoxmənzilli bina qazla təchiz olundu

15:52 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çoxmənzilli binaların qazla təmin edilməsi üzrə tədbirləri həyata keçirməyi davam edir.

İB-nin məlumatında deyildiyi kimi, dekabr ayında daha 71 hündürmərtəbəli  bina qazla təchiz edildi.

“Həmin binalarda, ümumilikdə, 2 968 ailə yaşayır”, - məlumatda belə deyilir.

Keçən il, ümumiyyətlə, 483 hündürmərtəbəli bina qazla təchiz olunub ki, həmin binalarda  21 445 ailə yaşayır.

 

Bütün xəbərlər