Dövlət yeni verilən kreditlərə dəstək verəcək - Nazirdən vacib açıqlama

11:41 - 31.03.2020


31 mart, Fineko/abc.az. Yeni verilən kreditlərə dəstək proqramı hazırlanıb.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişində iqtisadiyyata dəstək sahəsində yeni proqramları açıqlayarkən deyib.

Nazir  qeyd edib ki, istəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun maliyyələşməsi davam etsin: “İkinci böyük proqram yeni verilən kreditlərə şamil edilir. Bank sektorun, real sektorun kreditləşməsi hər zaman prioritetimizdir. Burada əsas dövlətin dəstəyi ilə kredit məbləğinin 60%-ə qədərinin dövlət zəmanəti ilə təmin edilməsidir və yenə də faizlərin ödənilməsində müəyyən həddə qədər belə kreditlərin maksimal faiz məbləği illik 15%-i keçməməlidir. Həmin o 15%-in 50%-ni, yəni 7,5%-nin ödənişini müvafiq olaraq Sahibkarlığa Kömək Milli Fondu üzərinə götürə bilər”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər