330x100
 

Bu aydan sığorta sektoru zərərlə işləyəcək - Rəsmi proqnoz

31.03.2020,12:30


31 mart, Fineko/abc.az. Mərkəzi Bank yanvar-fevral ayları üzrə sığorta sektorunun maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin ilk 2 ayı ərzində Azərbaycanın 22 sığorta şirkəti tərəfindən 190 milyon 744 min manat sığorta haqları toplanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 925 min manat və ya 43,6% çoxdur. Bu il yanvarda 112 milyon 26 min manat, fevralda isə 78 milyon 718 min manat sığorta haqları hesablanıb. Beləliklə, yanvar ilə müqayisdə fevralda hesablanmış sığorta haqları 33 milyon 308 min manat və ya 29,7% azalıb.

Ödənişlərə gəkincə ötən ilin ilk 2 ayında 33 milyon 116 min manat ikən, cari ilin ilk 2 ayında sığorta ödənişləri 49 milyon 294 min manat təşkil edib.

Qeyd edək ki, koronovurs epidemiyası ilə əlaqədar məhdudlaşdırcı tədbirlərinin martdan sığorta sektoruna da mənfi təsir edəcəyi gözlənilir.

Müəllif: Elmir Murad