330x110
 

Azərbaycanda neft istehsalı 2020-ci ilin planına uyğun davam edəcək

31.03.2020,14:14


31 mart, Fineko/abc.az. Aprelin 1-dən Azərbaycan da neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərindən azaddır.

Bu barədə ABC.AZ-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, “OPEC plus” ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln. barrel azadılması ilə bağlı 2019-cu ilin 6 dekabrında imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu gün başa çatır. Azərbaycan bu müddət ərzində “Əməkdaşlıq Bəyannaməsi” üzrə 27 min barrel həcmində öhdəliyini tam yerinə yetirib.

Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən, 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.