Sığorta şirkətləri ödənişlərdə "cığallıq" edir - Ekspert

14:27 - 31.03.2020


31 mart, Fineko/abc.az. Dünya ölkələrindən fərqli olaraq Azərbaycanda qeyri-həyat sığorta məhsulları üzrə sığortalanma az olduğundan koronovirusun ölkəmizdə sığorta sektoru üçün təhlükəliliyi də çox cüzidir.

Bunu ABC.AZ-a  ekspert İlkin İbrahimov koronovirusun sığorta bazarına vurduğu zərəri şərh edərkən deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət Azərbaycanda yalnız yeni sığorta müqavilələrinin bağlanmamasına gətirib çıxara bilər. İ.İbrahimov hesab edir ki,  hazırda həyat sığorta növləri və könüllü tibbi sığorta ilə bağlı münbit şərait yaranıb: "Sığorta şirkətləri bu məqamlarda həm vətəndaşlarımızı bir növ sakitləşdirmək, həm də öz sığorta məhsullarını daha çox göstərmək üçün yeni növ məhsullar yaratmalıdırlar.

Bir neçə sığorta şirkəti sığorta ödənişlərində vətəndaşlarla müəyyən problemlər yaşayıblar. Bəzi hallarda bu vətəndaşla, daha çox halda isə sığorta şirkətinin "cığallığı"  ilə izah edilə bilər.

Bəzi sığorta şirkətlərinin vəziyyətinin pis olması şaiyəsi həmişə onların hansısa bankda pullarının istifadəsi ilə bağlı ola bilir. Həm də bank sektorunun güclü olması sığorta sektorunun da güclü olmasına gətirib çıxaran amillərdəndir. Sığorta şirkətlərinin cari hesabları və depozit hesabları bankda olur. Əgər bankdan pul çəkilməsi problemi yaranırsa bu sığorta ödənişlərində də əksini tapır".

Müəllif:Elmir Murad

 

Bütün xəbərlər