Rieltorlar, Türkiyədən daşınmaz əmlak alan azərbaycanlı alıcıları diqqətli olmağa çağırırlar

05.01.2018,16:28


5 yanvar, Fineko/abc.az. Son zamanlar Türkiyədən, xüsusilə, İzmir, İstanbul, Antaliya və digər şəhərlərdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb.

Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib ki, xarici ölkələrdən ev alan vətəndaşlar ehtiyatlı davranmalıdırlar, çünki bəzi hallarda aldadılma halları baş verir.

“Ötən il ərzində 248 Azərbaycan vətəndaşı Türkiyədən daşınmaz əmlak əldə edib, lakin  əmlak alanların çoxu Azərbaycan rieltor şirkətlərinə müraciət etmirlər və birbaşa həmin şirkətlərə yönəlirlər. Bu isə bəzi hallarda vətəndaşların adladılma riskini artırır. Məsələn, 100 min avroluq əmlak  150-200 min avroya satılır. Lakin vətəndaş aldığı əmlakı satmaq istəyəndə aldığı qiymətdən iki dəfə aşağı sata bilmir”, - V.Axundov belə deyib.

 

Açar sözlər: Rieltor əmlak