330x110
 

Azərbaycana daxil olan valyuta çoxalıb, çıxan isə azalıb - Mərkəzi Bankdan hesabat

31.03.2020,14:33


31 mart, Fineko/abc.az. Ötən il Azərbaycana daxil olmuş valyutanın həcmi, ölkədən çıxan valyutanı üstələyib. Belə ki, 2019-cu ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 5 milyard 143 milyon dollar təşkil edib.

ABC.AZ Mərkəzi Bankın açıqladığıa statistikaya istinadən xəbər verir ki, ötən il tədiyə balansı  neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4,4 milyard dollarlıq, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 milyard dollarlıq profisit ehtiyat aktivlərinin 5.1 milyard dollar artmasına şərait yaradıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə tədiyyə balansının saldosu 3 milyard 508 milyon dollar təşkil etmişdi. Bununla da ötən il Azərbaycanın tədiyyə balansının ümumi qalığı 46,6% artıb.

Müəllif: Elmir Murad