330x110
 

Əhalinin banklardakı müddətli əmanətləri azalıb - Ötən ay

31.03.2020,15:44


31 mart, Fineko/abc.az. Fevral ayında əhalinin banklardakı müddətli əmanətləri 58,1 milyon manat  azalaraq 5 milyard 578 milyon manata düşüb.

ABC.AZ Mərkəzi Bankın yaydığı statistikasına istinadən xəbər verir ki, əhalinin müddətli əmanətləri yanvarda da azalmışdı. Həmin ay isə əhalinin müddətli əmanətləri 22,6 milyon manat azalmışdı. Beləliklə, ilk 2 ayda azalma 80,7 milyon manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin ilk 2 ayında tələbli əmanətlər 144,7 milyon manat artaraq 2 milyard 994 milyon manata yüksəlib. Tələbli əmanətlərin artması ilə əlaqədar olaraq da fiziki şəxslərin cəmi depozitləri 64 milyon manat artıb.

Müəllif: Elmir Murad