Azərbaycanda 10 nəfər işçisi olanlara yardım olunacaq - Vacib açıqlama

16:15 - 31.03.2020


31 mart, Fineko/abc.az. Özü fərdi fəaliyyət göstərən və ya 10 nəfərədək işçisi olan mikro sahibkarlara dəstək veriləcək.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, burada söhbət 290 min mikro sahibkarlara dövlət dəstəyindən gedir.

M. Cabbarov əlavə edib ki, bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək və onlara birdəfəlik yardım ediləcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər