330x110
 

Neftin qiymətinin kəskin enməsi Azərbaycana da böyük zərər vurub - İlham Əliyev

31.03.2020,16:30


31 mart, Fineko/abc.az. Azərbaycanın 2020-ci il dövlət büdcəsinə yenidən baxılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bildirib.

Dövlət başçısının sözlərinə görə, dünya bazarında neftin qiymətinin kəskin etməsi Azərbaycana da böyük zərər vurub: "Bu ilin dövlət büdcəsinin icrası ilə bağlı problem olmamalıdır. İlk növbədə bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda büdcə xərclərinə yenidən baxılmalıdır və təcili olmayan layihələr təxirə salına bilər.

Əlbəttə ki, bu layihələri həyata keirilməsi və ya təxirə salınması məsələsinə baxanda məşğulluq məsələlərinə də baxılmalıdır. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri eyni zamanda məşğulluğa da təsir edir".

Müəllif: Elmir Murad