Prezident hərbi xidmət haqqında Sərəncam verdi

17:46 - 31.03.2020


31 mart, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında  Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılsın.

 

Bütün xəbərlər