Bu növ kreditlər artıb - Mərkəzi Bankdan açıqlama

10:15 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Bu ilin fevralında Azərbayacanda ev təsərrüfatlarına verilən kreditlər artıb.

ABC.AZ Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin yanvar ayının sonu ilə müqayisədə fevralda ev təsərrüfatlarına verilən cəmi kreditlər 94 milyon 500 min manat artaraq 7 milyard 99 milyon 500 min manata çatıb.

Daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər də ev təsərrüfatlarına verilən kreditlərə daxil edilir. Fevralda daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 37 milyon 790 min manat artaraq 1 milyard 963 milyon 400 min manata yüksəlib. Yanavarda bu kreditlər 13 milyon 500 min manat azalmışdı.

Qeyd edək ki, cari ilin ilk 2 ayında ev təsərrüfatlarına verilən kreditlər 120 milyon 800 min manat, o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər 24 milyon 290 min manat artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər