330x110
 

Azərbaycanda maaş kartları azalıb, kredit kartları isə artıb - Hesabat

01.04.2020,10:32


1 aprel, Fineko/abc.az. 2020-ci ilin fevral ayı ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı azalıb.

ABC.AZ Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, sözügedən dövrdə  əməkhaqqı kartlarının sayı 8 min ədəd azalaraq 2 milyon 347 min ədədə düşüb. Bu dövrdə  cəmi ödəniş kartlarının sayı 7 milyon 832 min ədəd təşkil edib ki, bu da yanvar ayının sonu ilə müqayisədə fevral ayında sözügedən kartların  119 min ədəd artdığını göstərir. Kartların sayında artım sosial kartların, kredit kartların və digər debet kartların artması ilə bağlıdır.

Fevralda sosial kartların sayı da 16 min ədəd artaraq 2 milyon 723 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartların sayı 50 min ədəd artaraq 1 milyon 872 min ədədə, kredit kartlarının sayı isə 61 min ədəd artaraq 890 min ədədə çatıb.

Qeyd edək ki, son 3 ayda kredit kartlarının sayının 139 min ədəd artmasıdır.

Müəllif: Elmir Murad